Ərdoğan Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb | 1news.az | Xəbərlər
Rəsmi

Ərdoğan Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb

Qafar Ağayev19:31 - 05 / 03 / 2026
Ərdoğan Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Türkiyə Prezidenti İran tərəfindən Naxçıvan Muxtar Respublikasına edilən dron hücumunu qınadığını deyib, qardaş Azərbaycan xalqına dəstəyini ifadə edib.

Dövlət başçısı telefon zənginə və mövqeyinə görə Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.

Paylaş:
720

Son xəbərlər

Göyçayda yanğın olub

25 / 03 / 2026, 16:50

Xəzərdə zəlzələ olub

25 / 03 / 2026, 14:19
Bütün xəbərlər