Sibiqa: Kiyev Azərbaycan ərazisinə endirilən zərbəni pisləyir | 1news.az | Xəbərlər
Dünya

Sibiqa: Kiyev Azərbaycan ərazisinə endirilən zərbəni pisləyir

Qafar Ağayev17:08 - 05 / 03 / 2026
Sibiqa: Kiyev Azərbaycan ərazisinə endirilən zərbəni pisləyir

İranın Azərbaycana hücumu bir daha nümayiş etdirir ki, Tehrandakı rejim qlobal təhdid təşkil edir.

1news.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Kiyev İranın Yaxın Şərq və Avropa ölkələrinə qarşı ehtiyatsız hücumlarından sonra Azərbaycan ərazisinə endirilən zərbəni pisləyir. İranın Azərbaycana hücumu bir daha nümayiş etdirir ki, Tehran rejimi yalnız regional deyil, qlobal təhdid təşkil edir", - o, "X" sosial şəbəkəsində yazıb.

A.Sibiqa, həmçinin İran rejimindən gələn təhdidlərin neytrallaşdırılması üçün bütün beynəlxalq səylərin birləşdirilməsinə çağırıb.

Paylaş:
523

Son xəbərlər

Nikahların sayı azalıb

14 / 04 / 2026, 17:45

Türkiyədə zəlzələ oldu

14 / 04 / 2026, 17:09
Bütün xəbərlər