Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb

09:44 - Bu gün
Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 5,61 ABŞ dolları və ya 6,82 faiz artaraq bir barel üçün 87,90 ABŞ dolları təşkil edib.

1news.az Trend-ə istinadən xəbər verir ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 5,34 dollar və ya 6,82 faiz bahlaşaraq 83,69 dollar olub.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 5,04 dollar və ya 10,75 faiz artaraq bir barel üçün 51,94 dollara çatıb.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 6,55 dollar və ya 8,07 faiz artaraq bir barel üçün 87,71 dollara çatıb.

Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Paylaş:
93

Son xəbərlər

Bütün xəbərlər