Tramp: İranın yeni liderinin seçilməsi prosesində ABŞ də rol oynamalıdır | 1news.az | Xəbərlər
Dünya

Tramp: İranın yeni liderinin seçilməsi prosesində ABŞ də rol oynamalıdır

Qafar Ağayev10:10 - Bu gün
Tramp: İranın yeni liderinin seçilməsi prosesində ABŞ də rol oynamalıdır

ABŞ prezidenti Donald Tramp İranın yeni liderinin seçilməsi prosesində Vaşinqtonun da rol oynamalı olduğunu bildirib.

1news.az xəbər verir ki, Tramp İranın keçmiş ali rəhbəri Ayətullah Əli Xameneinin oğlu və mümkün varislərdən biri hesab edilən Müctəba Xameneinin “qəbul edilə bilməz” namizəd olduğunu vurğulayıb.

ABŞ prezidenti bu barədə danışarkən deyib: “Onlar vaxtlarını boşa sərf edirlər. Xameneinin oğlu zəif biridir. Venesuelada Delsi Rodriges məsələsində olduğu kimi, təyinat prosesinə mənim də cəlb olunmağım lazımdır”.

Tramp həmçinin bildirib ki, Tehrandakı mövcud hakimiyyəti devirmək məqsədilə İranın qərb bölgələrinə mümkün kürd müdaxiləsini “dəstəkləyə biləcəyini” də istisna etməyib.

Onun İranın gələcək liderinin seçilməsi prosesində rol almaq istədiyini bildirməsi ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların son məqsədi ilə bağlı sualları daha da artırıb.

Paylaş:
172

Son xəbərlər

Bütün xəbərlər