Azərbaycan Prezidentinin tapşırığı ilə İrana humanitar yardım yola salınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana humanitar yardım yola salınıb

Qafar Ağayev09:22 - Bu gün
Azərbaycan Prezidentinin tapşırığı ilə İrana humanitar yardım yola salınıb

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb.

1news.az-ın məlumatına görə, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İrana yola salınan humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər