328 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

328 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib

Qafar Ağayev14:32 - Bu gün
328 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib

Paytaxtın Binəqədi rayonunda 328 nömrəli körpələr evi-uşaq bağçası Elm və Təhsil Nazirliyi tərəfindən aparılan əsaslı təmirdən sonra istifadəyə verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən 1news.az-a bildirilib ki, tədbirdə Məktəbəqədər təhsilin təşkili sektorunun müdir səlahiyyətlərini müvəqqəti icra edən Rəna Aslanova ökəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açıb. R.Aslanova məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun əsaslı şəkildə müasirləşdirildiyini diqqətə çatdırıb. O, paytaxtda uşaq bağçalarının yüksək tələblər səviyyəsində qurulması istiqamətində görülən işlərə diqqət çəkib və məktəbəqədər təhsil müəssisələrinin inşası sahəsindəki fəaliyyətin daha da genişləndirildiyini bildirib.

Yeni istifadəyə verilən 328 nömrəli körpələr evi-uşaq bağçası 230 yerlikdir. Uşaq bağçasında uşaqların təlim-tərbiyəsi ilə 24 tərbiyəçi, 15 texniki işçi məşğul olur.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər