Bakıda vurulan piyada yol polisinin müşayiəti ilə xəstəxanaya çatdırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda vurulan piyada yol polisinin müşayiəti ilə xəstəxanaya çatdırılıb

Qafar Ağayev12:58 - Bu gün
Bakıda vurulan piyada yol polisinin müşayiəti ilə xəstəxanaya çatdırılıb

Paytaxtın Sabunçu rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ötən gün axşam saatlarında Sabunçu rayonu, Aeroport şosesində iki piyadanın vurulması ilə nəticələnən qəza baş verib. Hadisə nəticəsində xəsarət alan piyadalardan biri taksi minik avtomobili ilə aparılıb və vəziyyəti, həmçinin pik saatlarda yaranan nəqliyyat sıxlığı nəzərə alınaraq yol polisi əməkdaşlarının operativ müşayiəti ilə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Mərkəz piyadalara müraciət edərək bildirib ki, piyada vurulması ilə nəticələnən qəzalar daha çox piyada keçidlərinin yaxınlığında qeydə alınır. Qeyd olunub ki, bəzi piyadalar sürətli və hərəkətin intensiv olduğu yollarda “avtomobillər dayanıb yol verəcəklər” düşüncəsi ilə yolu keçməyə çalışır və bu da çox vaxt ağır nəticələrə səbəb olur.

Vurğulanıb ki, piyadalar yolu diqqətsiz keçdikdə və piyada keçidlərindən istifadə etmədikdə ağır nəticələr baş verə bilər. Bu səbəbdən yol hərəkəti iştirakçıları qaydalara ciddi əməl etməli və məsuliyyətli davranmalıdırlar.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər