Xızı rayonunda yol qəzasında ölən şəxsin kimliyi müəyyən edilib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Xızı rayonunda yol qəzasında ölən şəxsin kimliyi müəyyən edilib - YENİLƏNİB

Qafar Ağayev13:33 - Bu gün
Xızı rayonunda yol qəzasında ölən şəxsin kimliyi müəyyən edilib - YENİLƏNİB

Xızı rayonunda yol qəzasında ölən şəxsin kimliyi müəyyən edilib.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

"Polisin müraciətindən sonra mərhumun ailə üzvü əlaqə saxlayaraq onun şəxsiyyətini təsdiqləyib", DİN-dən bildirilib.

***

11:07

Bakı-Quba istiqamətində yerləşən ödənişli avtomobil yolunun 56-cı kilometrliyində, Xızı rayonunun Yaşma kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Şimal Regional Qrupundan məlumat verilib.

Qeyd olunub ki, naməlum sürücü idarə etdiyi naməlum markalı avtomobillə Quba istiqamətində hərəkətdə olarkən yolu keçən təqribən 60–65 yaşlarında naməlum kişi cinsli piyadanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Aparılan araşdırmalar zamanı mərhumun üzərində şəxsiyyətini təsdiq edən hər hansı sənəd aşkar edilməyib. Onun sol əlinin üzərində kiril əlifbası ilə “Süleyman” sözü yazılmış döymə olduğu müəyyən edilib. Həmin şəxsin əraziyə düşmüş kamera görüntüləri də mövcuddur.

Mərhumun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Hadisə ilə bağlı məlumatı olan, yaxud mərhumun şəxsiyyətini tanıyan şəxslərdən xahiş olunur ki, 023-31-50-131, +994 55 210 73 73 şəhər və mobil nömrələrinə, həmçinin 102 xidmətinə məlumat versinlər.

Paylaş:
205

Son xəbərlər

Bütün xəbərlər