Rauf Ağamirzəyev: Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360% artıb
"2021-ci ildən etibarən Azərbaycanın hava məkanı üzərindən tranzit daşımaların həcmi 360% artıb".
1news.az xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib.
Onun sözlərinə görə, hazırda ölkənin hava məkanında ay ərzində təxminən 18 min tranzit uçuş həyata keçirilir və gün ərzində ümumilikdə 1000-dən çox hava gəmisinə xidmət göstərilir.
Ekspert qeyd edib ki, Yaxın Şərq regionunda baş verən son hadisələr bu axını daha da artırıb. Belə ki, 2026-cı il 28 fevral – 10 mart tarixləri arasında Bakı Uçuş Məlumat Bölgəsi (Baku FIR) üzrə gündəlik tranzit uçuşların sayı əhəmiyyətli dərəcədə artaraq bəzi günlərdə 815 tranzit uçuşa qədər yüksəlib.
R.Ağamirzəyev əlavə edib ki, regiondakı geosiyasi vəziyyət və bəzi marşrutların bağlanması səbəbindən aviaşirkətlər alternativ olaraq Azərbaycan üzərindən keçən marşrutlara daha çox üstünlük verirlər.












