İsrail ordusu planlaşdırılan aviazərbələrlə bağlı Təbriz sakinlərinə təcili xəbərdarlıq edib
İsrail ordusu planlaşdırılan aviazərbələrlə bağlı Təbriz sakinlərinə təcili xəbərdarlıq edib.
1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
IDF mülki şəxsləri dərhal vurulacaq ərazini tərk etməyə çağırıb.
İsrail Müdafiə Qüvvələri aviazərbələrin endiriləcəyi ərazinin xəritəsini də paylaşıb.
“Yaxın saatlarda İsrail Müdafiə Qüvvələri son günlərdə Tehranda etdiyi kimi, İran rejiminin hərbi infrastrukturuna zərbə endirmək üçün əməliyyat keçirəcək. Təhlükəsizliyiniz və rifahınız naminə xəritədə göstərilən təyin olunmuş ərazini dərhal tərk etməyinizi xahiş edirik. Bu ərazidə olmağınız həyatınızı təhlükəyə atır”, – məlumatda qeyd olunub.
70












