Pezeşkiyan: Basra körfəzindəki qeyri-sabitliyə görə ABŞ və İsrail məsuliyyət daşıyır | 1news.az | Xəbərlər
Dünya

Pezeşkiyan: Basra körfəzindəki qeyri-sabitliyə görə ABŞ və İsrail məsuliyyət daşıyır

Oksana Orucova16:01 - 30 / 04 / 2026
Pezeşkiyan: Basra körfəzindəki qeyri-sabitliyə görə ABŞ və İsrail məsuliyyət daşıyır

İran Prezidenti Məsud Pezeşkiyan Basra körfəzindəki qeyri-sabitliyə görə ABŞ və İsraili ittiham edib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, “Milli Fars Körfəzi Günü” münasibətilə yaydığı müraciətdə o bildirib ki, körfəzin təhlükəsizliyi yalnız sahilyanı ölkələrin əməkdaşlığı ilə təmin oluna bilər və xarici müdaxilələr regionda gərginliyi artırır.

Pezeşkiyan ABŞ-nin dəniz blokadası və ticarət yollarına məhdudiyyət cəhdlərinin beynəlxalq hüquqa və qlobal sabitliyə zidd olduğunu vurğulayıb.

O əlavə edib ki, İran Fars körfəzi və Hörmüz boğazında təhlükəsizliyin qorunmasına sadiqdir.

Paylaş:
790

Son xəbərlər

Bütün xəbərlər