Tarixdə bu gün – 1 May nə günüdür? | 1news.az | Xəbərlər
Dünya

Tarixdə bu gün – 1 May nə günüdür?

Oksana Orucova09:48 - Bu gün
Tarixdə bu gün – 1 May nə günüdür?

Tarixdə hər bir gün müxtəlif hadisələrlə yadda qalır.


1news.az bu günün tarixinə uyğun olaraq 1 Mayda ölkədə və dünyada baş verən hadisələri təqdim edir:


1751-ci il 1 may : Amerikada ilk kriket matçı oynanılıb.
1840-cı il 1 may: Dünyada ilk dəfə İngiltərədə poçt markaları (Penny Black) istifadəyə verilib.
1851-ci il 1 may: Londonda Kraliça Viktoriya tərəfindən Böyük Sərgi (Great Exhibition) açılıb.
1886-cı il 1 may: Çikaqoda ABŞ və Kanada fəhlələri 8 saatlıq iş günü tələbi ilə kütləvi tətillər və nümayişlər keçirib, bu tarix sonradan 1 May Əmək günü kimi qəbul edilib.
1892-ci il 1 may — Rusiya imperiyasında, Kiyevdə ilk dəfə elektrikli tramvay işə düşmüşdür.
1918-ci il 1 may: Quba bölgəsində Amazaspın başçılıq etdiyi dəstələr tərəfindən 3 minədək insan qətlə yetirilib (erməni daşnak-bolşevik birləşmələrinin azərbaycanlılara qarşı soyqırımı).
1935-ci il 1 may — Sovet Sosialist Respublikaları İttifaqı və Fransa arasında qarşılıqlı yardım müqaviləsi imzalanmışdır.
1948-ci il 1 may — Koreya Xalq Demokratik Respublikasının əsası qoyulur.
1961-ci il 1 may: Kuba lideri Fidel Kastro Kubanı sosialist ölkəsi elan edib və seçkiləri ləğv edib.
1968-ci il 1 may — İsrail televiziyasının ilk yayımı baş tutmuşdur.
1977-ci il 1 may — İstanbulda Taksim meydanında Əmək Günü qeyd edilən zaman 36 nəfər qətlə yetirilib.
1982-ci il 1 may — Folklend adaları uğrunda İngiltərə və Argentina arasında müharibə başlamışdır.
1984-cü il 1 may — F-16 təyyarələrinin Türkiyədə istehsalına razılıq əldə edilmişdir.
1997-ci il 1 may — Toni Bleyr Böyük Britaniyanın baş naziri seçilmişdir.
2004-cü il 1 may — Panamada parlament seçkiləri keçirilmişdir.

Qeyd edək ki, 1 may Beynəlxalq Əməkçilər Həmrəyliyi Günü: Dünyanın 66-dan çox ölkəsində rəsmi, 100-dən çox ölkədə isə qeyri-rəsmi olaraq qeyd edilir.

Paylaş:
47

Son xəbərlər

Bütün xəbərlər