İran: Hörmüz boğazındakı gərginliyə görə məsuliyyət daşımırıq | 1news.az | Xəbərlər
Dünya

İran: Hörmüz boğazındakı gərginliyə görə məsuliyyət daşımırıq

10:13 - Bu gün
İran: Hörmüz boğazındakı gərginliyə görə məsuliyyət daşımırıq

İran Hörmüz boğazında təhlükəsizlik problemlərinin ölkənin hərəkətləri ilə deyil, Yaxın Şərqdə ümumi gərginliklə bağlı olduğunu bəyan edib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi NDTV telekanalına müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, “bütün regiona yayılan qeyri-sabitlik, təəssüf ki, Hörmüz boğazına qədər uzanır və bu, İranın günahı deyil”.

O, həmçinin vurğulayıb ki, İrana qarşı hərbi əməliyyatlarda iştirak edən ölkələrin gəmiləri neytral hesab oluna bilməz. “Biz açıq şəkildə bildirmişik ki, beynəlxalq hüquqa əsasən, təcavüzkar ölkələrin gəmiləri Hörmüz boğazından keçə bilməz, çünki onların keçidi artıq dinc xarakter daşımır”, – deyə sözçü qeyd edib.

İ.Bəqayi əlavə edib ki, İrana qarşı hərbi əməliyyatları dəstəkləyən gəmilərin boğazdan keçməsinə icazə verilməyəcək.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər