ABŞ blokadası İran rialına zərbə vurdu | 1news.az | Xəbərlər
Dünya

ABŞ blokadası İran rialına zərbə vurdu

16:28 - Bu gün
ABŞ blokadası İran rialına zərbə vurdu

ABŞ-nin İrana qarşı dəniz blokadası davam etdiyi bir vaxtda İran rialı dollar qarşısında rekord həddə ucuzlaşıb.

1news.az xəbər verir ki, İran milli valyutası ABŞ dollarına nisbətdə tarixdə ən aşağı səviyyəyə enib. Valyuta məzənnələrini izləyən internet resurslarının məlumatına görə, rial kəskin dəyər itkisi ilə üzləşib.

Məlumata əsasən, dolların məzənnəsi təxminən 1,80 milyon rial səviyyəsində formalaşıb. Müharibənin başladığı iki ay əvvəl isə 1 dollar təxminən 1,70 milyon rialdan satılırdı.

Qeyd edək ki, İranda rəsmi olaraq bir neçə sabit məzənnə tətbiq olunsa da, Bonbast və AlanChand kimi platformalar qeyri-rəsmi bazar üçün əsas istinad mənbələri hesab olunur.

Ötən ilin sonunda rialın dollar qarşısında ucuzlaşmasından sonra paytaxt Tehranda əsasən tacir və sahibkarların iştirakı ilə etiraz aksiyaları başlayıb.

Rialın dəyərdən düşməsi fonunda Tehranda baş qaldıran etirazlar qısa müddətdə ölkənin bütün 31 vilayətinə yayılıb. İnternet məhdudiyyətləri və ölənlərin sayının artması ilə proses tədricən beynəlxalq böhran xarakteri alıb.

Bildirilir ki, etirazlar zamanı 5 mindən çox insanın həyatını itirdiyi təsdiqlənib.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər