Restoranda aktrisanın rəfiqəsinin ərinin döyülməsinə görə 4 nəfər saxlanıldı - TƏFƏRRÜAT - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Restoranda aktrisanın rəfiqəsinin ərinin döyülməsinə görə 4 nəfər saxlanıldı - TƏFƏRRÜAT - VİDEO

Qafar Ağayev10:18 - Bu gün
Restoranda aktrisanın rəfiqəsinin ərinin döyülməsinə görə 4 nəfər saxlanıldı - TƏFƏRRÜAT - VİDEO

Aktrisa Üzel Kərimova paylaşım edərək, ötən gün əyləndikləri məkanda rəfiqəsinin həyat yoldaşına 4 nəfərin xəsarət yetirdiyini bildirib.

Ü.Kərimova bu haqda sosial şəbəkədə video paylaşıb:

"Günümüz yaxşı başladı, amma qanlı bitdi. İki xəstəxana gəzmişik. Ailəmiz və ailə dostlarımız restoranların birində qonaq olduq. Kiçik hadisə baş verdi və daha sonra böyüdü. Bizim masamız xanımlar və uşaqlarla dolu idi. Tək kişi rəfiqəmin həyat yoldaşı idi. Hadisə nəticəsində ona xəsarət yetirildi və biz təcili yardımla xəstəxanaya getdik. Restoranda dedilər ki, biz tədbir görəcəyik, amma heç bir tədbir görülmədi".

Bəs görəsən hadisə ilə bağlı hansı tədbirlər görülüb? Saxlanılanlar varmı?

Məsələ ilə bağlı 1news.az-ın əldə etdiyi məlumata görə, martın 18-i axşam saatlarında paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən restoranda baş vermiş insidentlə bağlı araşdırma aparılır.

Qeyd olunub ki, polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü V.Osmanov, 1996-cı il təvəllüdlü K.Kazımlı, 1998-ci il təvəllüdlü F.Kazımlı və 1985-ci il təvəllüdlü E.Kazımov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin olunub.

Hazırda istintaq hərəkətləri davam etdirilir.

Paylaş:
243

Son xəbərlər

Bütün xəbərlər