Qubada iki şəxsin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada iki şəxsin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Qafar Ağayev10:47 - Bu gün
Qubada iki şəxsin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Martın 18-də Quba rayonu Zizik kəndində 1966-cı il təvəllüdlü Ceyhun Ağasiyev və 1970-ci il təvəllüdlü Gülgəz Ağasiyevanın ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon Prokurorluğundan 1news.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla Ceyhun Ağasiyevin Gülgəz Ağasiyevanı qəsdən öldürdükdən sonra intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər