Qafqaz Müsəlmanları İdarəsi Ramazan bayramı ilə bağlı fətva verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qafqaz Müsəlmanları İdarəsi Ramazan bayramı ilə bağlı fətva verib

11:01 - Bu gün
Qafqaz Müsəlmanları İdarəsi Ramazan bayramı ilə bağlı fətva verib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinə verdiyi məlumata, həmçinin, Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə Rəhbərlərinin Şurası nəzdində fəaliyyət göstərən Fətva Şurasının qəbul etdiyi Fətvaya əsasən, bu il Şəvval ayının 1-i Ramazan bayramı, inşallah, Miladi təqvimlə martın 20-nə təsadüf edir.

1news.az xəbər verir ki, bu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin bayram təbrikində əksini tapıb.

"Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının Fətvasına görə imkanı olan hər bir şəxsə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Şəriətə görə, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşatmaq məramı daşıyır"- təbrik mətnində bildirilib.

Paylaş:
99

Son xəbərlər

Bütün xəbərlər