Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir
Xalq artisti Rasim Balayevlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilir.
1news.az APA-ya istinadən xəbər verir ki, mərasimdə ölkənin ədəbi-ictimai xadimləri, Mədəniyyət Nazirliyinin təmsilçiləri, media nümayəndələri iştirak edirlər.
Xalq artisti I Fəxri Xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, Rasim Balayev dünən İstanbulda müalicə aldığı “Memorial” klinikada vəfat edib.



95












