Polis 39 cinayəti açdı, 34 şübhəli saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis 39 cinayəti açdı, 34 şübhəli saxlanıldı

10:35 - Bu gün
Polis 39 cinayəti açdı, 34 şübhəli saxlanıldı

Ölkədə 39 cinayətin açılması təmin edilib

1news.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, martın 29-da ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər