İran ABŞ-yə məxsus daha bir F-35 qırıcısını vurduğunu açıqladı – FOTO
İran ABŞ-yə məxsus qırıcını vurduğunu açıqlayıb.
1news.az xəbər verir ki, məlumat İran Dövlət Televiziyası tərəfindən yayılıb.
Bildirilib ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısı ölkənin mərkəzi əraziləri üzərində vurularaq qəzaya uğrayıb.
İddiaya görə, təyyarə SEPAH-ın müasir hava hücumundan müdafiə sistemləri vasitəsilə məhv edilib.
İran tərəfi ekipaj üzvlərinin katapult edərək xilas olma ehtimalının çox aşağı olduğunu qeyd edib.
Xatırladaq ki, daha əvvəl – martın 19-da da ABŞ-yə məxsus F-35 qırıcısının İran atəşi nəticəsində zədələndiyi və Yaxın Şərqdə məcburi eniş etdiyi bildirilmişdi.
Pentaqon isə təyyarənin təcili eniş etdiyini təsdiqləsə də, onun İran tərəfindən vurulması ilə bağlı iddialara münasibət bildirməyib.















