Makron: Hörmüz boğazını açmaq üçün hərbi müdaxilə real deyil | 1news.az | Xəbərlər
Dünya

Makron: Hörmüz boğazını açmaq üçün hərbi müdaxilə real deyil

Oksana Orucova16:12 - Bu gün
Makron: Hörmüz boğazını açmaq üçün hərbi müdaxilə real deyil

Fransa Prezidenti Emmanuel Makron İranla bağlı müharibə fonunda bildirib ki, Hörmüz boğazının açılması üçün hərbi əməliyyat real seçim hesab olunmur.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Makron Cənubi Koreyaya rəsmi səfəri çərçivəsində Seul şəhərində fransız jurnalistlərə açıqlamasında beynəlxalq hüquqa əsaslanan dünya nizamını dəstəklədiklərini vurğulayıb.
O öz çıxışında deyib:

“Biz əməkdaşlığa, azad və ədalətli ticarətə inanırıq”.

Makron qeyd edib ki, mövcud geosiyasi şəraitdə tərəfdaşlarla münasibətlərdə qeyri-müəyyənliklər artır və bu səbəbdən əməkdaşlıq dairəsini genişləndirmək vacibdir.

Fransa prezidentinin sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan gərginlik fonunda Paris beynəlxalq hüququn və sabitliyin tərəfdarıdır. O, bölgədə gərginliyin azaldılması və atəşkəsin təmin olunmasının vacibliyini vurğulayıb.

Makron əlavə edib ki, Hörmüz boğazında gəmiçilik azadlığı bərpa olunmalıdır:
“Bu gün həm vətəndaşlarımız, həm də biz bu müharibənin təsirlərini hiss edirik”.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər