Türkiyədə daha bir məktəbə silahlı hücum: silahlı şəxs intihar edib – YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə daha bir məktəbə silahlı hücum: silahlı şəxs intihar edib – YENİLƏNİB

16:19 - Bu gün
Türkiyədə daha bir məktəbə silahlı hücum: silahlı şəxs intihar edib – YENİLƏNİB

Kahramanmaraşda yerləşən bir orta məktəbə edilən silahlı hücum nəticəsində 4 nəfər həyatını itirib.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, çaxnaşma zamanı silahlı hücumu həyata keçirən şəxs ov tüfəngi ilə həyatına son verib

15:51

Türkiyədə daha bir məktəbə silahlı hücum olub.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu dəfə silah səsləri Kahramanmaraşda yerləşən bir orta məktəbdə eşidilib.

Kahramanmaraş valisi Mükerrem Ünlüer 4 nəfərin həyatını itirdiyini, 20 nəfərin isə yaralandığını açıqlayıb. Türkiyənin milli təhsil naziri Yusuf Tekin və daxili işlər naziri Mustafa Çiftçi hadisə yerinə getmək üçün yola düşüblər.

Məlumata görə, Onikişubat rayonunda yerləşən Ayşel Çalık Orta Məktəbində silah səsləri eşidilib. Daxil olan çağırışdan sonra əraziyə çoxsaylı polis əməkdaşları cəlb olunub.

Kahramanmaraş valisi Mükerrem Ünlüer bildirib ki, Ayşel Çalık Orta Məktəbində hələlik səbəbi məlum olmayan silahlı hücum baş verib. O, hadisənin yeni baş verdiyini qeyd edərək deyib: “Hazırda hücum faktı var. Məktəblərimizdən birində üzücü hadisə yaşanıb. Yaralıların olduğu barədə məlumat almışıq. Təəssüf ki, ölənlər də var. Məsələni dərindən araşdırırıq”.

Ədliyyə naziri Akın Gürlek bildirib ki, Kahramanmaraşda bir məktəbdə baş verən silahlı hücumla bağlı Kahramanmaraş Respublika Baş Prokurorluğu tərəfindən dərhal araşdırma başlanılıb. O qeyd edib ki, 3 baş prokuror müavini və 4 prokuror işə cəlb olunub, həm baş prokuror, həm də təyin olunmuş prokurorlar hadisə yerində araşdırma aparırlar.

Nazir əlavə edib ki, istintaqın gedişinə xələl gəlməməsi üçün yayım qadağası tətbiq olunub və media qurumlarından bu məxfiliyə həssaslıqla yanaşmaları xahiş edilir. İstintaqın bütün mərhələləri barədə məlumatlar yalnız səlahiyyətli qurumlar tərəfindən veriləcək.

Milli təhsil naziri Yusuf Tekin, daxili işlər naziri Mustafa Çiftçi və səhiyyə naziri Prof. Dr. Kemal Memişoğlu hadisədən sonra Kahramanmaraşa yola düşüblər.

Paylaş:
248

Son xəbərlər

Bütün xəbərlər