Sabirabadda 5 kiloqram narkotik vasitə aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda 5 kiloqram narkotik vasitə aşkarlanıb

16:27 - 15 / 04 / 2026
Sabirabadda 5 kiloqram narkotik vasitə aşkarlanıb

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Anar Rəhimov, Cəlal Cavadov və Ümüd Qənbərov saxlanılıblar.

1news.az xəbər verir ki, onlardan 5 kiloqramdan artıq narkotik vasitə həşiş, tiryək, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
Saxlanılan şəxslər ifadələrində narkotikləri müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Saxlanılan hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq araşdırmaları davam etdirilir.

Paylaş:
389

Son xəbərlər

Rza Tamer vəfat etdi

Bu gün, 12:37
Bütün xəbərlər