Azərbaycan Tibb Universitetinə yeni mətbuat katibi təyin olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Tibb Universitetinə yeni mətbuat katibi təyin olunub

Qafar Ağayev15:57 - 15 / 04 / 2026
Azərbaycan Tibb Universitetinə yeni mətbuat katibi təyin olunub

Həqiqət İsabalayeva Azərbaycan Tibb Universitetinin (ATU) İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub.

1news.az ATU-ya istinadla xəbər verir ki, bu barədə universitetin rektoru, professor Gəray Gəraybəyli əmr imzalayıb.

Əmək fəaliyyətinə jurnalist olaraq, müxtəlif dövri mətbuat orqanlarında başlayan Həqiqət İsabalayeva bir müddət “Kaspi” Gündəlik ictimai-siyasi qəzetində calışıb.

Daha sonra bir cox dövlət qurumlarında, o cümlədən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində (məsul katib), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (redaktor), Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (Maarifləndirmə şöbəsinin müdiri) fəaliyyət göstərib. Təyinata qədər sonuncu iş yeri Bakı Mühəndislik Universiteti olub.

Paylaş:
388

Son xəbərlər

Rza Tamer vəfat etdi

Bu gün, 12:37
Bütün xəbərlər