Bəxtiyar Məmmədov: “Hadisə baş verən anda “Bakı Metropoliteni” xətlərində 30 qatar olub” | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəxtiyar Məmmədov: “Hadisə baş verən anda “Bakı Metropoliteni” xətlərində 30 qatar olub”

Ayşən Salehli16:26 - Bu gün
Bəxtiyar Məmmədov: “Hadisə baş verən anda “Bakı Metropoliteni” xətlərində 30 qatar olub”

“Məsələ ilə bağlı texniki araşdırma üzərində dərhal işlərə başlanılıb”.

1news.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin şöbə rəisi Bəxtiyar Məmmədov deyib.

“Bütün məsələlər texniki müstəvi üzərində xüsusi qaydada araşdırılacaq və bütün versiyalar təhlil ediləcək. “Bakı Metropoliteni” üçün həmişə olduğu kimi bu gün də texniki məsələlərin tam şəffaf şəkildə ictimaiyyətə bildirilməsi prioritet məsələ olaraq qalacaq. Bu hadisə baş verən anda “Bakı Metropoliteni” xətlərində 30 qatar olub. Onlardan cəmi 4-ü tuneldə olub. Sərnişinlərin təxliyəsi “Bakı Metropoliteni”nin normativlərinə uyğun olaraq ən qısa müddətdə uğurla həyata keçirilib. Hər hansısa bir sərnişin şikayəti, özünü pis hiss etmə ilə bağlı müraciətlər daxil olmayıb. Hadisənin araşdırılması yaxın günlərdə tamamilə müfəssəl olaraq təmin olunacaqvə ictimaiyyətə əlavə məlumatlar veriləcək. Hadisə nəticəsində “Bakı Metropoliteni”nin bütün araşdırmasının tam şəffaflığı tam təmin olunacaq. Bu hadisənin təkrarlanmaması üçün xüsusi diqqət yetiriləcək. Artıq bununla əlaqədar ilkin tədbirlərlə bağlı tapşırıqlar verilib. Bir daha baş vermiş hadisə ilə əlaqədar sərnişinlərdən və ictimaiyyətdən üzr istəyirik!”

Paylaş:
102

Son xəbərlər

Bütün xəbərlər