Ölkə üzrə 64 cinayətin üstü açıldı, 147 axtarışda olan şəxs saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkə üzrə 64 cinayətin üstü açıldı, 147 axtarışda olan şəxs saxlanıldı

First News Media10:37 - Bu gün
Ölkə üzrə 64 cinayətin üstü açıldı, 147 axtarışda olan şəxs saxlanıldı

Ölkə ərazisində cinayətkarlığa qarşı mübarizə tədbirləri davam etdirilir.

1news.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, iyunun 5-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 147 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Bundan əlavə, cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər