Rövşən Rüstəmov: Bakı–Tbilisi–Qars dəmir yolu ilə sərnişin daşınması üzrə konkret plan yoxdur
"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə sərnişin daşınmasına dair konkret plan mövcud deyil".
1news.az "Report"a istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov bildirib.
O, qeyd edib ki, layihə regional və beynəlxalq logistika baxımından strateji əhəmiyyət daşıyır və yalnız iştirakçı ölkələr üçün deyil, Çin və Avropa arasında uzanan geniş marşrut üzrə bütün tərəfdaşlar üçün yeni imkanlar yaradır. O, ilkin mərhələdə sərnişin daşımaları nəzərə alınaraq planlaşdırılsa da, hazırda ölkələr arasında bu istiqamətdə konkret plan mövcud deyil".
64












