Əməliyyat keçirildi: 18 kiloqram narkotik aşkarlandı
Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb.
DİN mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi narkotik vasitə və psixotrop maddələrin dövriyyəsinə qarşı əməliyyat həyata keçirib. Tədbirlərlə hər ikisi əvvəllər məhkum olunmuş 35 yaşlı Ruslan Quliyev və 36 yaşlı Tural Hacıyev saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 18 kiloqram marixuana və metamfetamin aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
62












