Livan ordusunun generalı PUA hücumunda ölüb
İsrailə məxsus pilotsuz uçuş aparatı Livanda hərbi nəqliyyat vasitəsini hədəfə alıb, nəticədə iki hərbçi ölüb.
1news.az “əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, hadisə Xardəli–Nəbatiyyə yolu üzərində hərəkətdə olan avtomobilə endirilən zərbə nəticəsində baş verib, ölənlər arasında briqada generalı Vesam Sabra da var.
Livan Ordusu hücumu “vəhşi və təcavüzkar zərbə” kimi qiymətləndirib.
Qeyd edək ki, ABŞ-nin vasitəçiliyi ilə tərəflər arasında yeni atəşkəs razılaşmasından qısa müddət sonra bölgədə qarşılıqlı zərbələr qeydə alınıb. “Hizbullah” isə atəşkəs şərtləri ilə razılaşmadığını bildirib və İsrail qoşunlarının Livandan çıxarılmasını tələb edib.
68












