Polis əməliyyat keçirdi: 18 mindən çox metadon həbi aşkarlandı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, aprelin 25-i və 26-da həyata keçirilən əməliyyatlar zamanı ümumi çəkisi 7,5 kiloqramdan artıq narkotik vasitə, eləcə də 18 085 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar edilərək götürülüb.
Qeyd olunub ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
82












