Lökbatan və Səngəçalda yeni körpülər TİKİLƏCƏK | 1news.az | Xəbərlər
Cəmiyyət

Lökbatan və Səngəçalda yeni körpülər TİKİLƏCƏK

13:05 - Bu gün
Lökbatan və Səngəçalda yeni körpülər TİKİLƏCƏK

Bakı şəhərinin Qaradağ rayonunda bir sıra mühüm infrastruktur layihələrinin icrası nəzərdə tutulur.

1news.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 28 aprel tarixli sərəncamına əlavədə öz əksini tapıb.

Sənədə əsasən, Lökbatan-Güzdək yolunun 2,2-ci kilometrliyində yerləşən düzbucaqlı suötürücü borunun bərpası, həmçinin həmin ərazidə biraşırımlı yeni körpünün layihələndirilərək tikilməsi planlaşdırılır.

Bununla yanaşı, Səngəçal-Çeyildağ yolunun 13-cü kilometrliyində dağılmış körpünün əvəzinə yeni körpünün layihələndirilməsi və inşası da nəzərdə tutulan tədbirlər sırasına daxildir.

Qeyd edək ki, əlavədə yer alan tədbirlər güclü yağıntılar nəticəsində zərər görmüş yol-nəqliyyat infrastrukturunun bərpası və bölgələrdə nəqliyyatın təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər