Məktəbəqədər təhsil üzrə yeni rəqəmlər açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəbəqədər təhsil üzrə yeni rəqəmlər açıqlanıb

Ayşən Salehli12:50 - Bu gün
Məktəbəqədər təhsil üzrə yeni rəqəmlər açıqlanıb

"İcma əsaslı məktəbəqədər təhsil qruplarına artıq 23 935 uşaq, valideyn-dövlət-özəl tərəfdaşlığı vasitəsi ilə isə 4033 uşaq məktəbəqədər təhsilə cəlb olunub".

1news.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) rəhbəri Eşqi Bağırov brifinqdə söyləyib.

Onun sözlərinə görə, valideyn-dövlət-özəl tərəfdaşlığı bu dəqiqə də aktualdır və qeydiyyat prosesi davam edir.

"Valideyn-dövlət-özəl tərəfdaşlığında hər bir uşağın özəl bağçada təhsil haqqının 250 manatı dövlət tərəfindən ödənilir. Qrant qazanmış ğzəl bağçaların siyahısı ilə tanış olub, boş yerlərə maraciət etmək olar".

Paylaş:
95

Son xəbərlər

Bütün xəbərlər