Müəllimlərin işə qəbulunda dəyişiklik: kimlər üçün ödəniş ləğv edildi? | 1news.az | Xəbərlər
Cəmiyyət

Müəllimlərin işə qəbulunda dəyişiklik: kimlər üçün ödəniş ləğv edildi?

Ayşən Salehli12:21 - Bu gün
Müəllimlərin işə qəbulunda dəyişiklik: kimlər üçün ödəniş ləğv edildi?

"Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirakın ödənişli tətbiqinə baxmayaraq, sosial həssas kateqoriyalara aid şəxslər və bir sıra iştirakçılar üçün ödəniş tələbi tətbiq edilmir və bu qruplara xüsusi güzəşt mexanizmi müəyyən edilib".

1news.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) rəhbəri Eşqi Bağırov brifinqdə deyib.

O bildirib ki, təqdim olunan dəyişikliklərə əsasən müəllimlərin işə qəbulu müsabiqəsində iştirakın ödənişli olması nəzərdə tutulsa da, sosial ədalət və inklüzivlik prinsiplərinin qorunması məqsədilə müəyyən kateqoriyalara münasibətdə ödəniş tətbiq olunmur.

"Bu yanaşma xüsusilə sosial müdafiəyə ehtiyacı olan şəxslərin müsabiqəyə çıxış imkanlarının məhdudlaşmasının qarşısını almağa xidmət edir.
• Müsabiqədə ilk dəfə iştirak edən şəxslər,
• əlilliyi olan şəxslər,
• ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri,
• şəhid ailəsinin üzvləri,
• həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər üçün iştirak ödəniş nəzərdə tutulmayıb.

Bu güzəşt mexanizmi dövlətin sosial yönümlü siyasətinin tərkib hissəsi olmaqla yanaşı, MİQ müsabiqəsində bərabər imkanların təmin edilməsinə, həssas qrupların əmək bazarına inteqrasiyasına və onların təhsil sistemində iştirakının stimullaşdırılmasına şərait yaradır".

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər