MÜTDA açıqladı: 3100-dən çox məktəbdə monitorinqlər həyata keçirilib
"Agentlik tərəfindən şagird sağlamlığı və təhlükəsizliyi istiqamətində müəssisələrə göndərilən təlimatların icra vəziyyətinin qiymətləndirilməsi məqsədilə regional təhsil idarələri tərəfindən cari ilin ilk iki ayı ərzində 3100-dən çox məktəbdə monitorinqlər həyata keçirilib".
1news.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) rəhbəri Eşqi Bağırov brifinqdə söyləyib.
"Monitorinqlərdə sanitar-gigiyenik vəziyyət, şagirdlərin maarifləndirilməsi istiqamətində aparılan tədbirlər, sosial-psixoloji xidmətlərin vəziyyəti, məktəblərin infrastruktur vəziyyəti, bullinq əleyhinə tədbirlərin keçirilməsi və s. məsələlər nəzərdən keçirilib".
89











