Tramp İranın Hörmüz Boğazı ilə bağlı təklifinə müsbət yanaşmır | 1news.az | Xəbərlər
Dünya

Tramp İranın Hörmüz Boğazı ilə bağlı təklifinə müsbət yanaşmır

Oksana Orucova12:27 - Bu gün
Tramp İranın Hörmüz Boğazı ilə bağlı təklifinə müsbət yanaşmır

ABŞ Prezidenti Donald Trump-ın İranın Hörmüz Boğazının yenidən açılması ilə bağlı son təklifinə müsbət yanaşmadığı bildirilir.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, adının açıqlanmasını istəməyən iki ABŞ rəsmisi İranın Vaşinqtona nükleer proqramla bağlı danışıqların növbəti mərhələyə saxlanılması müqabilində Hörmüz Boğazının açılması təklifini irəli sürdüyünü iddia edib. Lakin Tramp administrasiyasının bu təklifə razı olmadığı qeyd olunur.

Məlumata görə, ABŞ tərəfi hesab edir ki, nüvə məsələsi həll olunmadan boğazın açılması Vaşinqtonun əlini zəiflədə bilər.

Xatırladaq ki, daha əvvəl İranın Hörmüz Boğazını bağlaması və ABŞ-İsrail gərginliyi fonunda bölgədə vəziyyətin kəskinləşdiyi bildirilmişdi. Sonrakı dövrdə isə tərəflər arasında atəşkəs və vasitəçilik cəhdləri olsa da, gərginlik tam aradan qalxmayıb.

Hörmüz Boğazı qlobal enerji daşımaları üçün strateji əhəmiyyətə malik əsas marşrutlardan biri hesab olunur.

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər