Direktor olmaq istəyənlərə yeni tələb: yüksək nəticə şərtdir
"DİQ-də olan əsas dəyişiklik namizədlərin yüksək bal toplayan müəllimlər arasından seçilməsidir".
1news.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) rəhbəri Eşqi Bağırov brifinqdə söyləyib.
“Direktorların və direktor müavinlərinin işə qəbulunda əsas dəyişiklik namizədlərin təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında topladığı balın əsas meyarlardan biri kimi nəzərə alınmasıdır. Sertifikatlaşdırmada iştirak etməmiş namizədlər üçün isə müəllimlərin işə qəbulu müsabiqəsinin və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanı nəticələri əsas götürüləcək.”
110












