Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlandı

Qafar Ağayev15:15 - Bu gün
Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlandı

Bu ilin 1 aprel tarixinə xarici dövlət borcu 4 milyard 689,3 milyon ABŞ dolları və ya 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM-in 6,1 faizini təşkil edib. 2026-cı ilin 1 yanvar tarixi ilə müqayisədə xarici dövlət borcu 124,2 milyon ABŞ dolları məbləğində azalıb.

1news.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, borcun tərkibində avro 6,1%, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 3,1%, yapon yeni 3,1%, digər valyutalar isə 1,6% paya malik olub.

Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 49,1%-ni, sabit dərəcə ilə olanlar isə 50,9%-ni təşkil edib.

Xarici dövlət borcunun 59,2%-i 5 ilə qədər olan müddətdə, 35,4%-i 5 ildən 10 ilə qədər olan müddətdə, 5,4%-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər