İrandan Azərbaycana 35 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İrandan Azərbaycana 35 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

First News Media13:14 - 26 / 05 / 2026
İrandan Azərbaycana 35 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

Külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən 1news.az-a verilən məlumata görə, may ayının 22-də Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 35 kiloqram 200 qram narkotik vasitə marixuana və 3000 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
200

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər