Oğuzda təbiətə 5 000 manatlıq ziyan vuran şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Oğuzda təbiətə 5 000 manatlıq ziyan vuran şəxs saxlanılıb

12:17 - 26 / 05 / 2026
Oğuzda təbiətə 5 000 manatlıq ziyan vuran şəxs saxlanılıb

Oğuz rayonunda ağacları qanunsuz kəsərək təbiətə 5 000 manatlıq ziyan vuran şəxs saxlanılıb.

1news.az report-a istinadən xəbər verir ki, Oğuz rayonunun Sincan kəndi ərazisində 14 ədəd qızılağac və qovaq ağacının kəsilməsi, nəticədə təbiətə 5 000 manatdan artıq maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılır.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 30 yaşlı kənd sakini Abdulhafiz Bəşirli saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
208

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər