İTV-nin yeni baş direktoru bu tarixdə seçiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

İTV-nin yeni baş direktoru bu tarixdə seçiləcək

14:52 - Bu gün
İTV-nin yeni baş direktoru bu tarixdə seçiləcək

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktorunun seçiləcəyi tarixi məlum olub.

1news.az "Yeni Sabah"a istinadən xəbər verir ki, seçki mayın 25-də keçiriləcək.

Yeni sədr Yayım Şurasının iclasında səsvermə yolu ilə müəyyənləşəcək.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri akademik Teymur Kərimlidir.

Şurada Həsən Cəfərov, Azər Əliyev, Azər Həsrət, Vüqar Zeynalov, Salman Musayev, Sevil Yusifova, Həcərxanım Babayeva və Rəşad Rəsullu təmsil olunurlar. İTV-nin yeni baş direktorunu adları çəkilən şəxslər seçəcəklər.

Xatırladaq ki, İTV-nin baş direktoru vəzifəsi üçün 11 nəfər iddiaçı sənədlərini Audiovizual Şuraya təqdim edib. Bunlar aşağıdakılardır:

1. Əhmədov Ayxan Əbdül Kərim oğlu

2. Əzimov Tural Qürbət oğlu

3. Məmmədzadə Tural Sahib oğlu

4. Qulamov Arzu Aydın oğlu

5. Baxşıyeva İlhamə Rafiq qızı

6. Məmmədov Fikrət Alı oğlu

7. Qasımov Balakişi Ələkbər oğlu

8. Şahsuvarov Taleh Novruz oğlu

9. Nağıyev Anar Əlişah oğlu

10. Əliyeva İlahə Xudu qızı

11. Cəfərov Əli Sucəddin oğlu

Qeyd edək ki, baş direktor 4 il müddətinə seçilir. Hazırda telekanalın baş direktoru Balakişi Qasımovdur.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər