Türkiyənin F-16 təyyarələri Azərbaycandadır - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyənin F-16 təyyarələri Azərbaycandadır - FOTO

Qafar Ağayev16:53 - Bu gün
Türkiyənin F-16 təyyarələri Azərbaycandadır - FOTO

Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına bağlı 191-ci Reaktiv Eskadrilya Komandanlığının 3 ədəd F-16 təyyarəsi və 79 nəfərlik şəxsi heyətin iştirakı ilə TURAZ Kartalı hərbi təlimləri Azərbaycanın Nasosnı aerodromunda icra olunur.

1news.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi sosial media hesabında paylaşım edib.

“Bir millət, iki dövlət, bir ürək! Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına bağlı 191-ci Reaktiv Eskadrilya Komandanlığının 3 ədəd F-16 təyyarəsi və 79 nəfərlik şəxsi heyətin iştirakı ilə TURAZ Kartalı hərbi təlimləri Azərbaycanın Nasosnı aerodromunda icra olunur”, - paylaşımda bildirilib.

Türkiyə-Azərbaycan birgə hərbi təlimləri aprelin 27-dən mayın 2-dək davam edəcək.

Paylaş:
139

Son xəbərlər

Bütün xəbərlər