“Neftçi” – “Qarabağ” matçının hakimləri məlum oldu | 1news.az | Xəbərlər
İdman

“Neftçi” – “Qarabağ” matçının hakimləri məlum oldu

Qafar Ağayev17:21 - Bu gün
“Neftçi” – “Qarabağ” matçının hakimləri məlum oldu

Misli Premyer Liqasının XXI turundan təxirə salınan "Neftçi" – "Qarabağ" matçının təyinatları məlum olub.

1news.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olacaq. Ona Rəhman İmami və Müslüm Əliyev kömək göstərəcəklər.

Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək. VAR-da Elçin Məsiyev, AVAR-da Elşad Abdullayev əyləşəcək.

Xatırladaq ki, "Neftçi" - "Qarabağ" oyunu aprelin 30-da "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək.

Paylaş:
126

Son xəbərlər

Bütün xəbərlər