“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib | 1news.az | Xəbərlər
İdman

“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib

First News Media16:57 - Bu gün
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib

“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.

1news.az “Neftçi”nin mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı sol cinah müdafiəçisi Rüfət Abbasovla 3 illik müqavilə bağlanıb.

O, “3” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan, 2015-ci ildə "Neftçi" akademiyasına qoşulan Abbasov əsas komandaya 2021/22 mövsümündə cəlb edilib, 2 rəsmi oyun keçirib. Son iki mövsümdə “Şamaxı” klubunun formasını geyinmiş Rüfət U-21 milli komandasında 17 matçda meydana çıxıb və əsas milli komandaya da dəvət olunub.

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər