Vaşinqton İsrailə ən müasir döyüş təyyarələrini yerləşdirdi
ABŞ İsrailə F-22 döyüş təyyarələri göndərib.
1news.az xəbər verir ki, İrana yönəlmiş hücumlardan sonra atəşkəslə bağlı qeyri-müəyyənlik davam etdiyi bir vaxtda ABŞ F-22 Raptor tipli döyüş təyyarələrini İsrailə yerləşdirib.
İsrail mediası bu hərbi yığımı “görünməmiş” kimi qiymətləndirərək, F-22-lərin ABŞ arsenalında olan ən ölümcül döyüş təyyarələri olduğunu qeyd edib.
Bildirilib ki, son göndərişdən sonra ABŞ-ın Yaxın Şərqdə yerləşdirdiyi döyüş təyyarələrinin sayı 300-ü ötüb.
50












