Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

Qafar Ağayev10:25 - Bu gün
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

2026-cı il aprelin 28-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

1news.az xəbər verir ki, İclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində görülmüş işlər barədə məlumat verib, qarşıda duran hədəfləri diqqətə çatdırıb.

İclasda Məhkəmə-Hüquq Şurasının Aparatı və işçi qrupları tərəfindən məhkəmə fəaliyyətinə dair hazırlanmış layihələr ətrafında müzakirələr aparılıb, “Azərbaycan Respublikasının məhkəmələrində monitorinqin aparılması qaydaları” layihəsi təsdiq olunub.

Sonra Şuranın üzvü, Mülki və kommersiya işləri üzrə ədalət mühakiməsinin səmərəliyinin təhlilinə dair İşçi qrupun rəhbəri Sənan Hacıyev tərəfindən ölkə məhkəmələrində mülki və kommersiya mübahisələri üzrə icraatı dayandırılmış işlərə dair məlumat təqdim olunub.

Həmçinin Hakimlərin Qiymətləndirilməsi Komitəsinin sədri Əhliman Xıdırov hakimlərin fəaliyyətinin qiymətləndirilməsi barədə Şura üzvlərini məlumatlandırıb.

İclasda kadr məsələlərinə, Hakimlərin Seçki Komitəsinə üzv seçilməsi və intizam icraatı üzrə işlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər