Hyatt Regency Baku-da Azərbaycan Mətbəxinə İnnovativ Baxış - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hyatt Regency Baku-da Azərbaycan Mətbəxinə İnnovativ Baxış - FOTO

First News Media16:07 - Bu gün
Hyatt Regency Baku-da Azərbaycan Mətbəxinə İnnovativ Baxış - FOTO

Hyatt Regency Baku Azərbaycan qastronomiyasını müasir texnikalarla təqdim edən “The Chef Series” adlı kulinariya layihəsini həyata keçirir.

Layihə hotelin premium restoran konsepsiyası çərçivəsində “Mezzo” restoranında təşkil olunur və Hyatt Regency Baku-nun beynəlxalq qastronomik vizyonunu əks etdirir.

Kulinariya seriyası hotelin icraçı baş aşpazı Kənan Balaşovun rəhbərliyi ilə hazırlanır. Fransız və yapon mətbəx texnikalarından ilhamlanan aşpaz yerli və mövsümi məhsulları əsas götürərək innovativ, estetik və balanslı menyular təqdim edir.

Hər ay fərqli mövzu üzrə keçirilən “The Chef Series” mərhələli servis formatı, yemək və şərab harmoniyası, eləcə də dayanıqlı mətbəx prinsipləri ilə seçilir. Layihə qonaqlara Azərbaycanın zəngin kulinariya potensialını müasir interpretasiyada təqdim etməklə yanaşı, Hyatt Regency Baku-nnun yüksək səviyyəli qastronomiya standartlarını ön plana çıxarır.

Paylaş:
156

Son xəbərlər

Bütün xəbərlər