Gəncədə 63 yaşlı kişi qətlə yetirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə 63 yaşlı kişi qətlə yetirilib

First News Media12:03 - Bu gün
Gəncədə 63 yaşlı kişi qətlə yetirilib

Gəncədə baş verən qətl hadisəsi zamanı bir nəfər bıçaq xəsarəti alıb.

1news.az APA-ya istinadən xəbər verir ki, düşən dava zamanı qətlə yetirilən şəxsin oğlu 2005-ci il təvəllüdlü Elşən Əliyev bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən verilən məlumata görə, 2005-ci il təvəllüdlü şəxs (kişi) iyunun 12-də saat 00:40 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "Sağ döş qəfəsinin kəsilmiş, deşilmiş yarası, sağ boyonun və sağ biləyin deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən pasiyent ambulator müalicə üçün evə buraxılıb".

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər