Dövlət başçısı: Azərbaycan sülh gündəliyinə sadiqdir | 1news.az | Xəbərlər
Siyasət

Dövlət başçısı: Azərbaycan sülh gündəliyinə sadiqdir

12:46 - Bu gün
Dövlət başçısı: Azərbaycan sülh gündəliyinə sadiqdir

Azərbaycan sülh gündəliyinə sadiqdir.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən sammitində video-çıxışında bildirib.

“Ermənistanın Baş naziri Nikol Paşinyanı Avropa Siyasi Birliyinin sammitinin Ermənistanda keçirilməsi münasibətilə təbrik etmək istərdim. Qeyd edirəm ki, prosesi əngəlləmək istəyənlərin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir və Ermənistan Baş nazirinin çıxışı da bunu açıq şəkildə nümayiş etdirir. Sammitə uğurlar arzulayıram”, - dövlət başçısı vurğulayıb.

Paylaş:
51

Son xəbərlər

Bütün xəbərlər