Vüqar Aslanov: WUF13-ə görə Bakıda 9 nəqliyyat mübadilə mərkəzi istifadəyə veriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Vüqar Aslanov: WUF13-ə görə Bakıda 9 nəqliyyat mübadilə mərkəzi istifadəyə veriləcək

Qafar Ağayev10:51 - Bu gün
Vüqar Aslanov: WUF13-ə görə Bakıda 9 nəqliyyat mübadilə mərkəzi istifadəyə veriləcək

Bakıda keçiriləcək WUF13 çərçivəsində nəqliyyat infrastrukturu ilə bağlı göstəricilər açıqlanıb.

1news.az xəbər verir ki, bunu WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov nəqliyyatın idarə olunması planına dair brifinqdə deyib.

“Forum çərçivəsində 9 şəhər nəqliyyat mübadilə mərkəzi fəaliyyət göstərəcək. Bundan əlavə, 2 şəhərdaxili müntəzəm avtobus xətti üzrə 67 dayanacaq iştirakçıların istifadəsinə veriləcək. Eyni zamanda, hava limanı istiqamətində 6 müntəzəm avtobus xətti təşkil olunacaq”.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər