Bakı–Tbilisi–Bakı qatarının hərəkət qrafiki açıqlandı
Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarın hərəkət qrafiki açıqlanıb.
1news.az xəbər verir ki, məlumatı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) yayıb.
Bildirilib ki, Bakıdan qatar mayın 25-dən etibarən hər gün saat 23:10-da, Tbilisidən isə mayın 26-dan etibarən hər gün saat 21:00-da yola düşəcək.
Məlumata görə, səyahət müddəti sərhəd-gömrük baxışları da daxil olmaqla təxminən 9 saat 30 dəqiqə davam edir.
Qeyd olunub ki, qatar Bakı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa, Böyük Kəsik, Qardabani və Tbilisi stansiyalarında dayanacaq.
Sərnişinlərə səfərlərini planlaşdırarkən hərəkət qrafikini nəzərə almaları tövsiyə olunur.
67











